Al-An'am surəsi, ayə 157

6:157

أَوۡ تَقُولُواْ لَوۡ أَنَّآ أُنزِلَ عَلَيۡنَا ٱلۡكِتَٰبُ لَكُنَّآ أَهۡدَىٰ مِنۡهُمۡۚ فَقَدۡ جَآءَكُم بَيِّنَةٞ مِّن رَّبِّكُمۡ وَهُدٗى وَرَحۡمَةٞۚ فَمَنۡ أَظۡلَمُ مِمَّن كَذَّبَ بِـَٔايَٰتِ ٱللَّهِ وَصَدَفَ عَنۡهَاۗ سَنَجۡزِي ٱلَّذِينَ يَصۡدِفُونَ عَنۡ ءَايَٰتِنَا سُوٓءَ ٱلۡعَذَابِ بِمَا كَانُواْ يَصۡدِفُونَ ١٥٧

Aw taqūlū law annā unzila 'alaynal-kitābu lakunnā ahdā minhum faqad jā'akum bayyinatum mir rabbikum wahudan warahmatun faman azlamu mimman kaddhaba bi'āyātillāhi wasadafa 'anhā sanajzil-ladhīna yasdifūna 'an āyātinā sū'al-'adhābi bimā kānū yasdifūn

Yaxud deməyəsiniz ki: “Əgər bizə Kitab nazil edilsəydi, onlardan daha çox doğru yolda olardıq”. Artıq sizə Rəbbinizdən açıq-aydın bir dəlil, doğru yol göstəricisi və mərhəmət gəlmişdir. Allahın ayələrini yalan sayan və onlardan üz çevirən kimsədən daha zalım kim ola bilər? Ayələrimizdən üz çevirənləri üz çevirdiklərinə görə pis əzabla cəzalandıracağıq.

Təfsir

və ya: "Əgər Allah yəhudi və nəsranilərə kitab nazil etdiyi kimi, bizə də bir kitab nazil etsəydi, biz onlardan daha çox doğru yol­da olar­dıq" – de­məyə­si­niz. Artıq Allah peyğəmbəriniz Muhammədə - sallallahu aleyhi və səlləm - öz dilinizdə kitab nazil etdi. Bu kitab, açıq-ay­dın bir dəlil, haqq yol göstəricisi və ümmət üçün bir rəhmətdir. Elə isə bəhanə və batil dəlillər gətirərək özünüzə bəraət qazandırmayın. Alla­hın ayə­lə­rini yalan sayan və onlar­dan üz çe­virən kimsədən daha za­lım kimsə ola bilməz. Biz ayələrimizdən üz çevi­rənləri üz və arxa çevir­dik­lə­ri­nə görə Cəhənnəm oduna daxil edərək şiddətli əzab­la cəza­lan­dıra­cağıq.