أَن تَقُولُوٓاْ إِنَّمَآ أُنزِلَ ٱلۡكِتَٰبُ عَلَىٰ طَآئِفَتَيۡنِ مِن قَبۡلِنَا وَإِن كُنَّا عَن دِرَاسَتِهِمۡ لَغَٰفِلِينَ ١٥٦
An taqūlū innamā unzilal-kitābu 'alā tā'ifatayni min qablinā wa in kunnā 'an dirāsatihim laghāfilīn
(Biz bunu ona görə nazil etdik ki, siz:) “Kitab yalnız bizdən əvvəlki iki tayfaya – (yəhudilərə və nəsranilərə) nazil edilmişdir. Biz isə onların oxuduqlarından qafilik”– deməyəsiniz.
Təfsir
Ey Ərəb müşrikləri: "Allah Tövratı və İncili yalnız bizdən əvvəlki yəhudilərə və nəsranilərə nazil etmiş, bizə isə heç bir kitab nazil etməmişdir. O Kitablar bizim dilimizdə deyil, əksinə, onların dillərində olduğu üçün biz onu oxuya bilmirik" –deməməyiniz üçündür.