هَلۡ يَنظُرُونَ إِلَّآ أَن تَأۡتِيَهُمُ ٱلۡمَلَٰٓئِكَةُ أَوۡ يَأۡتِيَ رَبُّكَ أَوۡ يَأۡتِيَ بَعۡضُ ءَايَٰتِ رَبِّكَۗ يَوۡمَ يَأۡتِي بَعۡضُ ءَايَٰتِ رَبِّكَ لَا يَنفَعُ نَفۡسًا إِيمَٰنُهَا لَمۡ تَكُنۡ ءَامَنَتۡ مِن قَبۡلُ أَوۡ كَسَبَتۡ فِيٓ إِيمَٰنِهَا خَيۡرٗاۗ قُلِ ٱنتَظِرُوٓاْ إِنَّا مُنتَظِرُونَ ١٥٨
Hal yanzurūna illā an ta'tiyahumul-malā'ikatu aw ya'tiya rabbuka aw ya'tiya ba'du āyāti rabbika yawma ya'tī ba'du āyāti rabbika lā yanfa'u nafsan īmānuhā lam takun āmanat min qablu aw kasabat fī īmānihā khayran qulintazirū innā muntazirūn
Yoxsa onlar özlərinə ancaq mələklərin, yaxud Rəbbinin və ya Rəbbinin (günəşin məğribdən çıxması kimi) bəzi ayətlərinin gəlməsinimi gözləyirlər?! Rəbbinin bəzi ayətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə artıq iman gətirməsi fayda verməyəcəkdir. De: “Gözləyin, şübhəsiz ki, Biz də gözləyirik”.
Təfsir
Ey Peyğəmbər! Yoxsa yalan hesab edənlər ancaq onlara dünyada canlarını almaq üçün ölüm mələyinin, yaxud onun köməkçilərinin və ya Qiyamət günü Rəbbinin onlar arasında hökm vermək üçün və yaxud Rəbbinin Qiyamət saatının vaqe olmasına dəlalət edən bəzi əlamətlərinin gəlməsini gözləyirlər? Rəbbinin, günəşin məğribdən çıxması kimi bəzi əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş kafir kimsəyə və ya iman etdikdən sonra heç bir xeyir əməl etməyən mömin kimsəyə iman gətirməsi fayda verməyəcəkdir. Ey Peyğəmbər! Yalan hesab edən müşriklərə de: "Bu əlamətlərdən birinin gəlməsini gözləyin, şübhəsiz ki, Biz də gözləyirik".