Al-An'am surəsi, ayə 111

6:111

۞ وَلَوۡ أَنَّنَا نَزَّلۡنَآ إِلَيۡهِمُ ٱلۡمَلَٰٓئِكَةَ وَكَلَّمَهُمُ ٱلۡمَوۡتَىٰ وَحَشَرۡنَا عَلَيۡهِمۡ كُلَّ شَيۡءٖ قُبُلٗا مَّا كَانُواْ لِيُؤۡمِنُوٓاْ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ يَجۡهَلُونَ ١١١

Walaw annanā nazzalnā ilayhimul-malā'ikata wakallamahumul-mawtā wahasharnā 'alayhim kulla shay'in qubulam mā kānū liyu'minū illā an yashā'allāhu walākinna aktharahum yajhalūn

Əgər Biz onlara mələkləri göndərsəydik, ölülər də onlarla danışsaydı və hər şeyi onların qarşısına dəstə-dəstə toplasaydıq, Allah istəməyincə, onlar iman gətirməzdilər. Lakin onların çoxu (bunu) bilməz.

Təfsir

Əgər Biz onların tələblərinə cavab olaraq istədiklərini yerinə yetirib mələk­ləri onlara göndərsəydik və özləridə buna şahid olsaydılar, ölülər də onlarla danış­ıb sənin onlara gətirdiyin dinin doğru olduğunu onlara xəbər versəydilər və tələb etdikləri hər şeyi onların qarşısına top­la­yıb öz gözləri ilə görsəydilər, Allah onlardan kimi doğru yola yönəltmək istədikləri müstəsna olmaqla, onlar sənin gətirdiyin dinə yenə də iman gə­tir­məz­dilər. Lakin onların çoxu bunudan cahildir və Allah onları doğru yola müvəffəq etmək üçün Allaha sığınmazlar.