وَنُقَلِّبُ أَفۡـِٔدَتَهُمۡ وَأَبۡصَٰرَهُمۡ كَمَا لَمۡ يُؤۡمِنُواْ بِهِۦٓ أَوَّلَ مَرَّةٖ وَنَذَرُهُمۡ فِي طُغۡيَٰنِهِمۡ يَعۡمَهُونَ ١١٠
Wanuqallibu af'idatahum wa absārahum kamā lam yu'minū bihī awwala marratin wanadharuhum fī tughyānihim ya'mahūn
Biz onların ürəklərini və gözlərini ilk dəfə Ona (Qurana) iman gətirmədikləri kimi tərsinə çevirər və onları öz azğınlıqları içərisində çaşqın bir halda tərk edərik.
Təfsir
Biz onların ürəklərini və gözlərini ilk dəfə inadkarlıqları üzündən Qurana iman etməyə mane olduğumuz kimi haqqa yönəlməyə də mane olub tərsinə çevirər və onları öz azğınlıqları və günahları ilə birgə Allaha qarşı çaşqınlıq içərisində dolaşan bir halda buraxarıq.