لَّا يَحِلُّ لَكَ ٱلنِّسَآءُ مِنۢ بَعۡدُ وَلَآ أَن تَبَدَّلَ بِهِنَّ مِنۡ أَزۡوَٰجٖ وَلَوۡ أَعۡجَبَكَ حُسۡنُهُنَّ إِلَّا مَا مَلَكَتۡ يَمِينُكَۗ وَكَانَ ٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ رَّقِيبٗا ٥٢
Llā yahillu lakan-nisā'u mim ba'du walā an tabaddala bihinna min azwājin walaw a'jabaka husnuhunna illā mā malakat yamīnuka wakānallāhu 'alā kulli shay'ir raqībā
Bundan sonra (başqa) qadınlarla evlənmək, gözəllikləri səni heyran etsə də, onları başqa qadınlarla dəyişmək sənə halal deyildir. Sahib olduğun cariyələr isə müstəsnadır. Allah hər şeyə nəzarət edəndir.
Təfsir
Ey Peyğəmər, ixtiyarında olan zövcələrindən başqa qadınlarla evlənmək, onların hamısını yaxud bir qismini boşayıb əvəzinə başqa qadınlar almaq, - hətta o qadınların gözəllikləri səni heyran etsə də, - sənə halal deyil. Sahib olduğun cariyələr isə istisnadır, onlardan istədiyin qədər ala bilərsən. Allah hər şeyə nəzarət edəndir. Bu hökm möminlərin analarının fəzilətinə dəlalət edir. Belə ki, onların boşanması və başqasına ərə getməsi qadağan edilmişdir.