Al-Ahzab surəsi, ayə 51

33:51

۞ تُرۡجِي مَن تَشَآءُ مِنۡهُنَّ وَتُـٔۡوِيٓ إِلَيۡكَ مَن تَشَآءُۖ وَمَنِ ٱبۡتَغَيۡتَ مِمَّنۡ عَزَلۡتَ فَلَا جُنَاحَ عَلَيۡكَۚ ذَٰلِكَ أَدۡنَىٰٓ أَن تَقَرَّ أَعۡيُنُهُنَّ وَلَا يَحۡزَنَّ وَيَرۡضَيۡنَ بِمَآ ءَاتَيۡتَهُنَّ كُلُّهُنَّۚ وَٱللَّهُ يَعۡلَمُ مَا فِي قُلُوبِكُمۡۚ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَلِيمٗا ٥١

Turjī man tashā'u minhunna watu'wī ilayka man tashā'u wamanibtaghayta mimman 'azalta falā junāha 'alayka dhālika adnā an taqarra a'yunuhunna walā yahzanna wayardayna bimā ātaytahunna kulluhunna wallāhu ya'lamu mā fī qulūbikum wakānallāhu 'alīman halīmā

Onlardan istədiyinin (səninlə gecələmək) növbəsini təxirə sala bilərsən, istədiyini də öz yanına ala bilərsən. Özündən ayırdıqlarından hansı birini (yenidən öz yanına almaq) istəsən sənə heç bir günah olmaz. Bu, onların sevinmələri, kədərlənməmələri və sənin onlara verdiklərindən razı qalmaları üçün daha münasibdir. Allah qəlbinizdə olanları bilir. Allah (hər şeyi) biləndir, həlimdir.

Təfsir

Ey Peyğəmbər, zövcələrindən istədiyinin sə­ninlə gecə­ləmək növbə­sini tə­xirə sala bi­lərsən, onlardan is­tədiyini də öz yanına ala bilərsən ki, gecəni səninlə keçirsin. Özün­­dən ayır­dıq­la­rından hansı birini ye­nidən öz yanına almaq istə­sən, buna görə sə­nə heç bir günah olmaz. Onların növbəsini təxirə salmaq və sənə belə imkan yaratmaq, zövcələrinin sevin­mə­ləri və sənin on­ların hamısına verdiyindən razı qalmaları üçün da­ha münasibdir. Onlar bilsinlər ki, sən öz öhdənə düşən vacibi tərk etməmisən və heç kəsin haqqına girməmisən. Ey kişilər, Allah sizin qəl­­bi­nizdə olan­ları - qadınlarınızdan bəzisinə meyl edib digərlərini tərk etdiyiniz bilir. Allah Öz qullarının nə əməllər etdiklərini bilir, heç bir şey Ondan gizli qalmır, üstəlik, həlimdir, onları (günahlarına görə) dərhal cəzalandırmır ki, bəlkə Ona tövbə edələr.