۞ قَدۡ يَعۡلَمُ ٱللَّهُ ٱلۡمُعَوِّقِينَ مِنكُمۡ وَٱلۡقَآئِلِينَ لِإِخۡوَٰنِهِمۡ هَلُمَّ إِلَيۡنَاۖ وَلَا يَأۡتُونَ ٱلۡبَأۡسَ إِلَّا قَلِيلًا ١٨
Qad ya'lamullāhul-mu'awwiqīna minkum wal-qā'ilīna li ikhwānihim halumma ilaynā walā ya'tūnal-ba'sa illā qalīlā
Allah aranızdan (camaatı cihaddan) çəkindirənləri və öz qardaşlarına: “Bizə qoşulun!”– deyənləri tanıyır. Onlar nadir hallarda döyüşə qatılırlar.
Təfsir
Allah sizlərdən camaatı Rəsulullah - səllallahu aleyhi və səlləm - ilə birlikdə cihad etməkdən çəkindirənləri və öz qardaşlarına: “Gəlin bizim yanımıza, onunla birlikdə vuruşmayın ki, öldürülməyəsiniz. Biz sizin ölməyinizdən ehtiyat edirik”– deyənləri tanıyır. Bu rəzil kimsələr çox nadir hallarda döyüşə qatılırlar. Bunu da, Allaha və Onun rəsuluna - səllallahu aleyhi və səlləm - kömək etmək məqsədi ilə yox, sadəcə öz abır-həyalarını qorumaq xatirinə edirlər.