Al-Ahzab surəsi, ayə 17

33:17

قُلۡ مَن ذَا ٱلَّذِي يَعۡصِمُكُم مِّنَ ٱللَّهِ إِنۡ أَرَادَ بِكُمۡ سُوٓءًا أَوۡ أَرَادَ بِكُمۡ رَحۡمَةٗۚ وَلَا يَجِدُونَ لَهُم مِّن دُونِ ٱللَّهِ وَلِيّٗا وَلَا نَصِيرٗا ١٧

Qul man dhal-ladhī ya'simukum minallāhi in arāda bikum sū'an aw arāda bikum rahmatan walā yajidūna lahum min dūnillāhi waliyyan walā nasīrā

De: “Əgər Allah sizə bir pislik istəsə, sizi Ondan kim qoruya bilər? Ya da sizə bir yaxşılıq istəsə, Ona kim mane ola bilər?” Onlar özlərinə Allahdan başqa nə bir himayəçi, nə də bir yardımçı tapa bilərlər.

Təfsir

Ey Peyğəmbər! Onlara de: “Əgər Allah sizin xoşlamadığınız halda ölməyinizi və ya öldürülməyinizi istəyərsə, yaxud sizə istədiyiniz salamatlığı və xeyri nəsib etmək istəyərsə, buna kim mane ola bilər?!” Heç kəs buna mane ola billməz. O münafiqlər öz­lə­ri üçün Allahdan başqa nə işlərini yoluna qoya biləcək bir hi­ma­yə­çi, nə də onları Allahın əzabından qoruyacaq bir yar­dımçı tapa bilər­lər.