وَإِذۡ قَالَت طَّآئِفَةٞ مِّنۡهُمۡ يَٰٓأَهۡلَ يَثۡرِبَ لَا مُقَامَ لَكُمۡ فَٱرۡجِعُواْۚ وَيَسۡتَـٔۡذِنُ فَرِيقٞ مِّنۡهُمُ ٱلنَّبِيَّ يَقُولُونَ إِنَّ بُيُوتَنَا عَوۡرَةٞ وَمَا هِيَ بِعَوۡرَةٍۖ إِن يُرِيدُونَ إِلَّا فِرَارٗا ١٣
Wa idh qālat tā'ifatum minhum yā'ahla yathriba lā muqāma lakum farji'ū wayasta'dhinu farīqum minhumun-nabiyya yaqūlūna inna buyūtanā 'awratun wamā hiya bi'awratin in yurīdūna illā firārā
Onlardan bir dəstə demişdi: “Ey Yəsrib əhli! Siz müqavimət göstərə bilməyəcəksiniz. Geri qayıdın!” İçərilərindən bir qismi isə: “Evlərimiz nəzarətsiz qalıb”– deyərək Peyğəmbərdən izin istəyirdi. Halbuki evləri nəzarətsiz deyildi. Onlar sadəcə olaraq (döyüşdən) qaçmaq istəyirdilər.
Təfsir
Ey Peyğəmbər! Xatırla ki, bir zaman münafiqlərdən bir dəstə Mədinə əhalisinə belə demişdi: “Ey Yəsrib əhli! (Bu, Mədinənin İslamdan öncəki adıdır). Siz xəndəyin kənarında müqavimət göstərə bilməyəcəksiniz. Evlərinizə qayıdın!” İçərilərindən bir qismi isə evlərinin düşməndən nəzarətsiz qaldığını deyərək öz evlərinə qayıtmaq üçün Peyğəmbərdən (səllallahu aleyhi və səlləm) izin istəyirdi. Halbuki iddia etdikləri kimi evləri nəzarətsiz deyildi. Onlar bu yalan üzürləri ilə sadəcə olaraq düşməndən qaçmaq istəyirdilər.