Yusuf surəsi, ayə 29

12:29

يُوسُفُ أَعۡرِضۡ عَنۡ هَٰذَاۚ وَٱسۡتَغۡفِرِي لِذَنۢبِكِۖ إِنَّكِ كُنتِ مِنَ ٱلۡخَاطِـِٔينَ ٢٩

Yūsufu a'rid 'an hādhā wastaghfirī lidhambiki innaki kunti minal-khāti'īn

Yusif, sən bundan (bu işi açıb danışmaqdan) vaz keç! Sən də (ey arvad,) günahına görə bağışlanma dilə. Çünki sən, günahkarlardansan”.

Təfsir

Əziz Yusufə dedi: Ey Yusif! Sən bu olanları bir kənara qoy və bu işi kimsəyə da­nışma! Ey Qadın! Sən də günahına görə Allahdan bağış­lanma dilə. Çünki sən, Yusifi öz nəfsinə dəvət edərək günahkarlardan oldun!