۞ وَقَالَ نِسۡوَةٞ فِي ٱلۡمَدِينَةِ ٱمۡرَأَتُ ٱلۡعَزِيزِ تُرَٰوِدُ فَتَىٰهَا عَن نَّفۡسِهِۦۖ قَدۡ شَغَفَهَا حُبًّاۖ إِنَّا لَنَرَىٰهَا فِي ضَلَٰلٖ مُّبِينٖ ٣٠
Waqāla niswatun fil-madīnatimra'atul-'azīzi turāwidu fatāhā 'an nafsihī qad shaghafahā hubban innā lanarāhā fī dalālim mubīn
Şəhərdəki qadınlar: “Zadəgan kişinin arvadı cavan köləsini yoldan çıxartmaq istəyir. Ehtiras onu coşdurmuşdur. Biz onu aşkar bir azğınlıq içində görürük”– dedilər.
Təfsir
Qadının bu xəbəri şəhərə yayıldı və qadınlardan bir toplumu Əzizin arvadının bu əməlinə inkar edərək dedilər: "Əzizin arvadı cavan köləsini ilə yaxınlıq etmək istəyir. Köləsinə olan sevğisi onun qəlbini bürümüşdür. Biz onun öz köləsini yoldan çıxarmasına və ona qarşı sevği bəsləməsinə görə açıq-aşkar bir azğınlıq içində olduğunu görürük".