Yusuf surəsi, ayə 21

12:21

وَقَالَ ٱلَّذِي ٱشۡتَرَىٰهُ مِن مِّصۡرَ لِٱمۡرَأَتِهِۦٓ أَكۡرِمِي مَثۡوَىٰهُ عَسَىٰٓ أَن يَنفَعَنَآ أَوۡ نَتَّخِذَهُۥ وَلَدٗاۚ وَكَذَٰلِكَ مَكَّنَّا لِيُوسُفَ فِي ٱلۡأَرۡضِ وَلِنُعَلِّمَهُۥ مِن تَأۡوِيلِ ٱلۡأَحَادِيثِۚ وَٱللَّهُ غَالِبٌ عَلَىٰٓ أَمۡرِهِۦ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ٢١

Waqālal-ladhishtarāhu mim misra limra'atihī akrimī mathwāhu 'asā an yanfa'anā aw nattakhidhahū waladan wakadhālika makkannā liyūsufa fil-ardi walinu'allimahū min ta'wīlil-ahādīthi wallāhu ghālibun 'alā amrihī walākinna aktharan-nāsi lā ya'lamūn

Onu satın alan misirli öz zövcəsinə dedi: “Ona yaxşı bax. Ola bilsin ki, bizə fayda versin və ya onu oğulluğa götürək”. Beləliklə, Yusifi o yerdə yerləşdirdik və ona yuxuları yozmağı öyrətdik. Allah Öz işini qələbə ilə başa çatdırandır. Lakin insanların əksəriyyəti (bunu) bilməz!

Təfsir

Yusifi satın alan misirli kişi öz arvadına: "O bizim yanımızda olduğu müddətcə ona yaxşı bax, ona hörmət et. Ola bilsin ki, o, ehtiyacımız olan işlərdə bizə fayda versin, yaxud onu özümüzə oğulluğa götürək" – dedi. Biz Yusifi ölümdən qurtarıb, onu quyunun dibindən çıxardığımız kimi Misir padşahının Əziz ləqəbli vəzirinin qəlbini ona qarşı yumuşaq etdik və beləliklə də Biz Yusifə yuxu yozmağı öyrətmək üçün onu Misirdə yerləşdirdik. Allah Öz əmrini yerinə yetirməyə qadirdir. Allahın verdiyi əmr mütləq yerinə yetər. Kimsə Onu əsla hər hansı bir şeyə məcbur edə bilməz. Lakin insanların çoxu -onlar kafirlərdir- bunu bilməzlər.