قُلۡ هَٰذِهِۦ سَبِيلِيٓ أَدۡعُوٓاْ إِلَى ٱللَّهِۚ عَلَىٰ بَصِيرَةٍ أَنَا۠ وَمَنِ ٱتَّبَعَنِيۖ وَسُبۡحَٰنَ ٱللَّهِ وَمَآ أَنَا۠ مِنَ ٱلۡمُشۡرِكِينَ ١٠٨
Qul hādhihī sabīlī ad'ū ilallāhi 'alā basīratin ana wamanit-taba'anī wasubhānallāhi wamā ana minal-mushrikīn
De: “Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar, bəsirət (elm və yəqinlik) üzərində, insanları Allaha çağırırıq. Allah pakdır, müqəddəsdir. Mən də müşriklərdən deyiləm”.
Təfsir
Ey Peyğəmbər! Dəvət etdiyin kimsələrə de: "Bu mənim, insanları açiq-aydın dəlil və sübutlarla dəvə etdiyim yolumdur. Mənə tabe olanlar da, mənim yolumu tutub gedənlər də, mənim sünnəmə riayət edənlər də, bu yola dəvə edərlər. Allah pak və müqəddəsdir, Ona nisbət edilən, Onun cəlalına layiq olmayan və kamalına zidd olan nöqsanlardan uzaqdır. Mən Allaha şərik qoşanlardan deyiləm. Əksinə mən, tək Allaha ibadət edən kimsələrdənəm!"