Yusuf surəsi, ayə 105

12:105

وَكَأَيِّن مِّنۡ ءَايَةٖ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ يَمُرُّونَ عَلَيۡهَا وَهُمۡ عَنۡهَا مُعۡرِضُونَ ١٠٥

Waka'ayyim min āyatin fis-samāwāti wal-ardi yamurrūna 'alayhā wahum 'anhā mu'ridūn

Göylərdə və yerdə (Allahın tək ilah olduğunu sübut edən) neçə-neçə dəlillər vardır ki, (insanların çoxu) onların yanından üz çevirib keçirlər.

Təfsir

Göylərdə və yerdə yayılmış halda Uca Allahın təkliyinə dəlalət edən çoxlu sayda ayələr vardır. Amma in­sanların ço­xu onların yanın­dan üz çevirib keçirlər və onlara baxıb, düşünüb ibrət almazlar.