Yusuf surəsi, ayə 101

12:101

۞ رَبِّ قَدۡ ءَاتَيۡتَنِي مِنَ ٱلۡمُلۡكِ وَعَلَّمۡتَنِي مِن تَأۡوِيلِ ٱلۡأَحَادِيثِۚ فَاطِرَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ أَنتَ وَلِيِّۦ فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِۖ تَوَفَّنِي مُسۡلِمٗا وَأَلۡحِقۡنِي بِٱلصَّٰلِحِينَ ١٠١

Rabbi qad ātaytanī minal-mulki wa'allamtanī min ta'wīlil-ahādīthi fātiras-samāwāti wal-ardi anta waliyyī fid-dunyā wal-ākhirati tawaffanī musliman wa alhiqnī bis-sālihīn

(Sonra Yusif dua edib dedi:) “Ey Rəbbim! Sən mənə mülk bəxş etdin və mənə yuxuları yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim Himayədarımsan. Mənim canımı müsəlman olduğum halda al və məni əməlisalehlərə qovuşdur”.

Təfsir

Sonra Yusif Rəbbinə dua edərək belə dedi: "Ey Rəbbim! Sən mənə Misirin mülklünü bəxş etdin və mənə yu­xu­ yozmağı öyrətdin. Ey göy­ləri və yeri misilsiz xəlq edən! Dün­yada da, axirətdə də bütün işlərimə hamilik edən Sənsən. Ömrüm sona çatdıqda və əcəlim yetişdikdə, ca­nı­mı mü­səlman olduğum halda al və mə­ni Cənnətin ən üstün təbəqəsi olan Firdovsda atalarımdan və başqalarında olan saleh peyğəmbərlərə qovuşdur!"