Yunus surəsi, ayə 5

10:5

هُوَ ٱلَّذِي جَعَلَ ٱلشَّمۡسَ ضِيَآءٗ وَٱلۡقَمَرَ نُورٗا وَقَدَّرَهُۥ مَنَازِلَ لِتَعۡلَمُواْ عَدَدَ ٱلسِّنِينَ وَٱلۡحِسَابَۚ مَا خَلَقَ ٱللَّهُ ذَٰلِكَ إِلَّا بِٱلۡحَقِّۚ يُفَصِّلُ ٱلۡأٓيَٰتِ لِقَوۡمٖ يَعۡلَمُونَ ٥

Huwal-ladhī ja'alash-shamsa diyā'an wal-qamara nūran waqaddarahū manāzila lita'lamū 'adadas-sinīna wal-hisāba mā khalaqallāhu dhālika illā bil-haqqi yufassilul-āyāti liqawmin ya'lamūn

Günəşi işıqlı, ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə ona mənzillər (səfhələr) təyin edən Odur. Allah bunları ancaq haqq olaraq yaratmışdır. O, ayələri bilən bir qövm üçün belə izah edər.

Təfsir

Günəşi parlaq, hər bir tərəfə işıqsaçan, ayı nurlu edən, onun səmada seyir etməsini, iyirmi səkkiz mənzilinin sayı qədər müəy­yən edən Odur. Mənzil sözü ərəb dilində, bir gün gecə və gündüz yol gedilən məsafəyə deyilir. Ey insanlar! Allah, günəş ilə günlərin, ay ilə ayların və illərin sayını bilməniz üçün belə etdi. Allah Öz qüc-qüvvətini insanlara göstərmək üçün göyləri, yeri və onların arasında olan hər bir şeyi ancaq haqq olaraq yaratmışdır. Allah, Onun təkliyinə dəlalət edən açıq-aydın bu dəlil və sübutlarını bilən kimsələrə belə izah edər.