Yunus surəsi, ayə 4

10:4

إِلَيۡهِ مَرۡجِعُكُمۡ جَمِيعٗاۖ وَعۡدَ ٱللَّهِ حَقًّاۚ إِنَّهُۥ يَبۡدَؤُاْ ٱلۡخَلۡقَ ثُمَّ يُعِيدُهُۥ لِيَجۡزِيَ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ بِٱلۡقِسۡطِۚ وَٱلَّذِينَ كَفَرُواْ لَهُمۡ شَرَابٞ مِّنۡ حَمِيمٖ وَعَذَابٌ أَلِيمُۢ بِمَا كَانُواْ يَكۡفُرُونَ ٤

Ilayhi marji'ukum jamī'an wa'dallāhi haqqan innahū yabda'ul-khalqa thumma yu'īduhū liyajziyal-ladhīna āmanū wa'amilus-sālihāti bil-qisti walladhīna kafarū lahum sharābum min hamīmin wa'adhābun alīmu bimā kānū yakfurūn

Hamınızın dönüşü Onadır. Allahın vədi haqqdır. O, məxluqatı ilk dəfə yaratmış, sonra iman gətirib saleh əməllər edənləri ədalətlə mükafatlandırsın deyə (Qiyamət günü) yenidən dirildəcəkdir. Kafirlərə gəlincə, küfr etdiklərinə görə onlar üçün qaynar içki və ağrılı-acılı bir əzab vardır.

Təfsir

Dünyada etdiyiniz əməllərin müqabilini almaq üçün Qiyamət günü hamı­nı­zın dönüşü yalnız Ona­dır. Bu, Allahın insanlara olan bir vədidir. Allah vədinə əsla xilaf çıxmaz, çünki O, buna qadirdir. O, məx­luqu ilk də­fə misilsiz olaraq, heç vaxt belə bir yaradılış olmadan yaratmış və öldükdən sonra da onu Qiyamət günü ye­ni­­dən dirildir ki, uca Allah saleh əməl­lər edən­ləri yaxşı əməllərindən əksildilmədən və günahkarlarında günahlarını artırılmadan əda­lətlə müka­fat­landırsın. Allah və Onun elçisinə küfr edənlərə gə­lin­cə, etdikləri əməllərə görə onlar üçün bağırsaqlarını parça-parça edən, olduqca qaynar su və ağrılı-acılı bir əzab hazır­lan­mışdır.