Yunus surəsi, ayə 43

10:43

وَمِنۡهُم مَّن يَنظُرُ إِلَيۡكَۚ أَفَأَنتَ تَهۡدِي ٱلۡعُمۡيَ وَلَوۡ كَانُواْ لَا يُبۡصِرُونَ ٤٣

Waminhum man yanzuru ilayka afa'anta tahdil-'umya walaw kānū lā yubsirūn

Onlar arasında sənə baxanlar da vardır. Məgər korları – əgər görmürlərsə – sənmi doğru yola yönəldəcəksən?

Təfsir

Müşriklərdən bəsirət gözləri ilə olmasa da zahiri gözləri ilə baxıb səni dinləyənlər də vardır. Məgər sən korlara haqqı eşitdirməyə qadirsənmi?! Xeyir, sən buna və həmçinin kor bir kimsəni haqqa yönədməyə qadir deyilsən!