إِنَّ ٱللَّهَ لَا يَظۡلِمُ ٱلنَّاسَ شَيۡـٔٗا وَلَٰكِنَّ ٱلنَّاسَ أَنفُسَهُمۡ يَظۡلِمُونَ ٤٤
Innallāha lā yazlimun-nāsa shay'an walākinnan-nāsa anfusahum yazlimūn
Həqiqətən, Allah insanlara əsla zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər.
Təfsir
Şübhəsiz ki, Allah insanlara zülm etməkdən uzaqdır. O, insanlara zərrə qədər də olsa zülm etməz, lakin insanlar günahlara, batilə, təkəbbürliyə və inadkarlığa meyil edərək özləri özlərinə zülm edirlər!