بَلۡ كَذَّبُواْ بِمَا لَمۡ يُحِيطُواْ بِعِلۡمِهِۦ وَلَمَّا يَأۡتِهِمۡ تَأۡوِيلُهُۥۚ كَذَٰلِكَ كَذَّبَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۖ فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلظَّٰلِمِينَ ٣٩
Bal kaddhabū bimā lam yuhītū bi'ilmihī walammā ya'tihim ta'wīluhū kadhālika kaddhabal-ladhīna min qablihim fanzur kayfa kāna 'āqibatuz-zālimīn
Xeyr! Onlar elmini qavraya bilmədikləri və hələ yozumu onlara gəlməmiş (Quranı) yalan hesab etdilər. Onlardan əvvəlkilər də yalan hesab etmişdilər. Bir gör zalımların aqibəti necə oldu.
Təfsir
Onlar bu çağırışa cavab vermədilər. Əksinə, Quranı anlayıb, başa düşməzdən və özlərinə vəd edilmiş əzabın gəlməsinə az qalmış, əzab onlara gəlməzdən əvvəl Onu təkzib etməyə tələsdilər. Onların təkzib etdikləri kimi, özlərindən əvvəlki ümmətlər də təkzib etmişdilər. Məhz elə buna görə də onların başına gələn bəla, özlərinin də başına gəldi. Ey Peyğəmbər! Bir bax, təkzib edən ümmətlərin aqibəti necə oldu! Artıq Allah onların hamısını məhv etmişdir.