أَمۡ يَقُولُونَ ٱفۡتَرَىٰهُۖ قُلۡ فَأۡتُواْ بِسُورَةٖ مِّثۡلِهِۦ وَٱدۡعُواْ مَنِ ٱسۡتَطَعۡتُم مِّن دُونِ ٱللَّهِ إِن كُنتُمۡ صَٰدِقِينَ ٣٨
Am yaqūlūnaftarāhu qul fa tū bisūratim mithlihī wad'ū manistata'tum min dūnillāhi in kuntum sādiqīn
Yoxsa: “Muhamməd onu özündən uydurdu?!”– deyirlər. De: “Əgər doğru deyirsinizsə, ona bənzər bir surə də siz gətirin və Allahdan başqa, kimi bacarırsınızsa (köməyə) çağırın!”
Təfsir
Olmaya müşriklər: "Muhəmməd (sallallahu aleyhi və səlləm) bu Quranı özündən uydurub, sonra da Onu Allaha nisbət etmişdir?!"– deyirlər. Ey Peyğəmbər! Onlara de: "Əgər mən bu Quranı özümdən uydurmuşamsa, mən də sizin kimi bir insanam, elə isə ona bənzər bir surə də siz gətirin və Quranın bəşər tərəfindən uydurulmuş bir kitab olduğu iddanızda doğrusunuzsa, o zaman Allahdan başqa, kimi bacarırsınızsa, bu işdə sizə yardım etməyə çağırın! Siz bunu əsla bacara bilməzsiniz. Ey bəlağət və fəsahət sahibləri! Sizin buna qadir olmamanız bu Quranın həqiqətən də Uca Allah tərəfindən nazil edilən bir kitab olduğuna dəlildir!"