وَٱمۡتَٰزُواْ ٱلۡيَوۡمَ أَيُّهَا ٱلۡمُجۡرِمُونَ ٥٩
Wamtāzul-yawma ayyuhal-mujrimūn
(Qiyamət günü kafirlərə:) "Ey günahkarlar! Bu gün (möminlərdən) ayrılın!"– (deyiləcəkdir).
Təfsir
Qiyamət günü müşriklərə deyiləcək: “Bu gün möminlərdən ayrılın, siz onlarla bir yerdə olmağa layiq deyilsiniz. (Onlardan ayrı durmalısınız ki,) sizin cəzanızla onların mükafatı, habelə, sizin sifətinizlə onların sifəti arasındakı fərq bilinsin.