Yasin surəsi, ayə 60

36:60

۞ أَلَمۡ أَعۡهَدۡ إِلَيۡكُمۡ يَٰبَنِيٓ ءَادَمَ أَن لَّا تَعۡبُدُواْ ٱلشَّيۡطَٰنَۖ إِنَّهُۥ لَكُمۡ عَدُوّٞ مُّبِينٞ ٦٠

Alam a'had ilaykum yābanī ādama al lā ta'budush-shaytāna innahū lakum 'aduwwum mubīn

Ey Adəm övladları! Məgər Mən sizə buyurmadımmı ki, şeytana ibadət etməyin, o sizin açıq-aydın düşməninizdir,

Təfsir

Ey Adəm övladları, mə­gər Mən si­zə Öz peyğəmbərlərimin vasitəsi sizə tövsiyə edib buyurmadım ki, hər cür küfr və asilik etməklə şeytana ibadət etməyin, həqiqətən də, şeytan si­zin açıq-aydın düş­məni­nizdir?! Ağıllı adam özünə açıq-aydın düşmən olan şeytana necə itaət edə bilər?!