إِنَّ أَصۡحَٰبَ ٱلۡجَنَّةِ ٱلۡيَوۡمَ فِي شُغُلٖ فَٰكِهُونَ ٥٥
Inna ashābal-jannatil-yawma fī shughulin fākihūn
O gün Cənnət əhli nemətlər içində kef çəkməklə məşğul olacaqlar.
Təfsir
Həqiqətən, qiyamət gün Cənnət əhli tükənməz nemətlər və böyük uğur əldə etdiklərini gördükdə, başqaları haqda düşünməyəcək, sevinərək ancaq bu nemətlər haqqında düşünəcəklər.