Yasin surəsi, ayə 54

36:54

فَٱلۡيَوۡمَ لَا تُظۡلَمُ نَفۡسٞ شَيۡـٔٗا وَلَا تُجۡزَوۡنَ إِلَّا مَا كُنتُمۡ تَعۡمَلُونَ ٥٤

Fal-yawma lā tuzlamu nafsun shay'an walā tujzawna illā mā kuntum ta'malūn

O gün heç kəsə zülm edilməyəcək. Sizə ancaq etdiyiniz əməllərin əvəzi veriləcəkdir.

Təfsir

O gün ədalətlə hökm veriləcək və ey Allahın qulları, günahlarınız üzərinə günah artırmaqla, yaxud, savabınızdan bir şey əksiltməklə sizə zülm edilməyəcək. Sizə an­caq dünya həyatınızda etdiyi­niz əməllərin əvə­zi veriləcəkdir.