Yasin surəsi, ayə 13

36:13

وَٱضۡرِبۡ لَهُم مَّثَلًا أَصۡحَٰبَ ٱلۡقَرۡيَةِ إِذۡ جَآءَهَا ٱلۡمُرۡسَلُونَ ١٣

Wadrib lahum mathalan ashābal-qaryati idh jā'ahal-mursalūn

Sən onlara o şəhər sakinlərini misal çək. O zaman ki, onlara elçilər gəlmişdi.

Təfsir

Ey Peyğəmbər, sən haqqı yalan sayan bu inadkarlara o şəhər əhlinin əhvalatını misal çək ki, bu, onlar üçün ibrət olsun. O zaman ki, onlara elçilər gəlmişdi.