Yasin surəsi, ayə 12

36:12

إِنَّا نَحۡنُ نُحۡيِ ٱلۡمَوۡتَىٰ وَنَكۡتُبُ مَا قَدَّمُواْ وَءَاثَٰرَهُمۡۚ وَكُلَّ شَيۡءٍ أَحۡصَيۡنَٰهُ فِيٓ إِمَامٖ مُّبِينٖ ١٢

Innā nahnu nuhyil-mawtā wanaktubu mā qaddamū wa āthārahum wakulla shay'in ahsaynāhu fī imāmim mubīn

Həqiqətən, ölüləri dirildən, onların (dünyada) etdiklərini və buraxdıqları izləri (axar sədəqə kimi saleh əməlləri) yazan Bizik. Biz hər şeyi açıq-aydın Kitabda (Lövhi-məhfuzda) qeydə almışıq.

Təfsir

Həqiqətən, qiyamət günü haqq-hesaba çəkilmək üçün ölüləri dirildən, onla­rın dünya həyatlarında etdikləri yaxşı və pis əməlləri, habelə, ölüdükdən sonra qoyub get­diklə­ri - ardıkəsilməz sədəqə kimi yaxşı əməllərini və bir də küfr etmək kimi pis əməllərini ya­zan Bizik. Biz hər şe­yi açıq-ay­dın yazıda - Lövhi-məhfuzda qeydə almışıq.