۞ وَعَنَتِ ٱلۡوُجُوهُ لِلۡحَيِّ ٱلۡقَيُّومِۖ وَقَدۡ خَابَ مَنۡ حَمَلَ ظُلۡمٗا ١١١
Wa'anatil-wujūhu lil-hayyil-qayyūmi waqad khāba man hamala zulmā
(O gün) üzlər (əbədi) Yaşayan, yaratdıqlarının Qəyyumu (olan Allah) qarşısında zəlil görkəm alacaq. Günaha batanlar isə ziyana uğrayacaqlar.
Təfsir
O gün insanların üzü, məxluqatın hər işini yoluna qoyan, onları idarə edib, dolandıran əbədi yaşayan Allah qarşısında zəlil görkəm alacaqdır. Nəsfini günaha batıraraq özlərini həlaka sürükləyənlər isə ziyana uğrayacaqlar.