يَعۡلَمُ مَا بَيۡنَ أَيۡدِيهِمۡ وَمَا خَلۡفَهُمۡ وَلَا يُحِيطُونَ بِهِۦ عِلۡمٗا ١١٠
Ya'lamu mā bayna aydīhim wamā khalfahum walā yuhītūna bihī 'ilmā
Allah onların gələcəyini də, keçmişini də bilir. Onların elmi isə Onu (Allahın zatını və sifətlərini) ehtiva edə bilməz!
Təfsir
Uca Allah insanların Qiyamət günü aqibətlərinin necə olacağını və onların dünyada nə etdiklərini yaxşı bilir. Bütün yaradılmışlar, uca Allahın zatının və Onun sifətlərinin necəliyini ehtiva edib, əsla dərk edə bilməz!