Sad surəsi, ayə 7

38:7

مَا سَمِعۡنَا بِهَٰذَا فِي ٱلۡمِلَّةِ ٱلۡأٓخِرَةِ إِنۡ هَٰذَآ إِلَّا ٱخۡتِلَٰقٌ ٧

Mā sami'nā bihādhā fil-millatil-ākhirati in hādhā illakhtilāq

Biz bunu axırıncı dində (nəsranilikdə) də eşitməmişik. Bu, uydurmadan başqa bir şey deyildir.

Təfsir

Muhəmmədin bizi dəvət etdiyini - Allahın tək ilah olduğunu, biz nə atalarımızdan, nə də İsanın (aleyhissəlam) davamçılarından eşitmişik. Ondan eşitdiklərimiz yalan və uydurma­dan baş­qa bir şey deyildir.