Sad surəsi, ayə 8

38:8

أَءُنزِلَ عَلَيۡهِ ٱلذِّكۡرُ مِنۢ بَيۡنِنَاۚ بَلۡ هُمۡ فِي شَكّٖ مِّن ذِكۡرِيۚ بَل لَّمَّا يَذُوقُواْ عَذَابِ ٨

A'unzila 'alayhidh-dhikru mim bayninā bal hum fī shakkim min dhikrī bal lammā yadhūqū 'adhāb

Məgər içimizdən təkcə onamı Zikr (Quran) vəhy edilmişdir?!” Xeyr, onlar Mənim Zikrimə şəkk edirlər. Xeyr, onlar Mənim əzabımı hələ dadmayıblar.

Təfsir

Biz qəbilələrin ağaları və böyükləri olduğumuz halda, aramızdan, Quranın yalnız ona nazil olması və yalnız ona məxsus edilməsi doğrudurmu?!” Xeyr, o müşriklər sənə nazil olan vəhyə şəkk edirlər. On­lar Allahın əzabını hə­lə dadma­yıblar. Onlar Allahın onlara verdiyi möhlətə aldanıblar. Əgər Allahın əzabını dadsaydılar, küfr etməyə, Allaha şərik qoşmağa və sənə nazil olan vəhyə şəkk etməyə əsla cəsarət etməzdilər.