وَثَمُودُ وَقَوۡمُ لُوطٖ وَأَصۡحَٰبُ لۡـَٔيۡكَةِۚ أُوْلَٰٓئِكَ ٱلۡأَحۡزَابُ ١٣
Wathamūdu waqawmu lūtin wa ashābu l'aykati ulā'ikal-ahzāb
Həmçinin Səmud, Lut qövmü və Əykə əhli (Şüeyb qövmü) də. Bunlar (peyğəmbərlərə qarşı düşmənçilik edən) dəstələr idi.
Təfsir
Həmçinin, Səmud tayfası, Lut qövmü və Şueybin xalqı da elçiləri yalançı saymışdılar. Bunlar hamısı özlərinə göndərilmiş elçiləri yalançı saymaq və onların gətirdiklərini inkar etmək üçün bir-biriləri ilə əlbir olan dəstələr idi.