كَذَّبَتۡ قَبۡلَهُمۡ قَوۡمُ نُوحٖ وَعَادٞ وَفِرۡعَوۡنُ ذُو ٱلۡأَوۡتَادِ ١٢
Kaddhabat qablahum qawmu nūhin wa'ādun wafir'awnu dhul-awtād
Onlardan əvvəl Nuh qövmü, Ad (tayfası) və dirəklər (qüvvət və səltənət) sahibi Firon da (elçiləri) yalançı saymışdılar.
Təfsir
Haqqı yalan sayan bu kimsələr ilk yalan sayanlar deyil. Onlardan əvvəl Nuh qövmü, Ad tayfası və dirəklər üstündə insanlara əzab verən Firon da elçiləri yalançı saymışdı.