Saba surəsi, ayə 27

34:27

قُلۡ أَرُونِيَ ٱلَّذِينَ أَلۡحَقۡتُم بِهِۦ شُرَكَآءَۖ كَلَّاۚ بَلۡ هُوَ ٱللَّهُ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ٢٧

Qul arūniyal-ladhīna alhaqtum bihī shurakā'a kallā bal huwallāhul-'azīzul-hakīm

De: “Ona qoşduğunuz şərikləri bir mənə göstərin. Xeyr! O, Qüdrətli və Hikmət sahibi olan Allahdır!”

Təfsir

Ey Peyğəmbər, de: “Allaha ibadətdə qoşduğunuz şə­rikləri bir mənə göstərin. Xeyr, bu, sizin düşündüyünüz kimi deyil, Onun heç bir şəriki yoxdur. Əksinə, O, yenilməz qüvvət sahibi olan Qüd­rətli, üstəlik, yaratmaq, hər bir şeyin müqəddəratını əzəldən yazmaq və işləri idarə etmək xüsusunda Hikmət sahibi olan Allahdır!”