وَلَا تَنفَعُ ٱلشَّفَٰعَةُ عِندَهُۥٓ إِلَّا لِمَنۡ أَذِنَ لَهُۥۚ حَتَّىٰٓ إِذَا فُزِّعَ عَن قُلُوبِهِمۡ قَالُواْ مَاذَا قَالَ رَبُّكُمۡۖ قَالُواْ ٱلۡحَقَّۖ وَهُوَ ٱلۡعَلِيُّ ٱلۡكَبِيرُ ٢٣
Walā tanfa'ush-shafā'atu 'indahū illā liman adhina lahū hattā idhā fuzzi'a 'an qulūbihim qālū mādhā qāla rabbukum qālul-haqqa wahuwal-'aliyyul-kabīr
Allah yanında, Onun izin verdiyi kəslərdən başqa, heç kimin şəfaəti fayda verməz. Nəhayət, (mələklərin) qəlbindən qorxu getdikdə onlar: “Rəbbiniz nə buyurdu?”– deyə soruşar, digərləri isə: “Haqqı (buyurdu)! O, Ucadır, Böyükdür!”– deyə cavab verərlər.
Təfsir
Pak və müqəddəs Allahın hüzurunda, Onun izin verdiyi kəslərdən başqa, heç kimin şəfaəti fayda verməz. Allah isə Öz əzəmətini göstərmək üçün yalnız razı qaldığı kimsələrə şəfaətçilik etməyə izin verər. Uca Allah, göydə bir söz deyəndə mələklər onun əzəmətinin qorxusundan öz qanadlarını bir-birinə çırparaq, Onun sözünə boyun əyib, itaət etmələri Onun əzəmətindəndir. Nəhayə, onların qəlbindən qorxu keçib getdikdə, onlar Cəbraildən: “Rəbbiniz nə buyurdu?”– deyə soruşar, Cəbrail də onlara belə cavab verər: “O, haqqı buyurdu! O, Öz zatı və hökmranlığı ilə Ucadır, və hər şeydən Böyükdür!”