Saba surəsi, ayə 18

34:18

وَجَعَلۡنَا بَيۡنَهُمۡ وَبَيۡنَ ٱلۡقُرَى ٱلَّتِي بَٰرَكۡنَا فِيهَا قُرٗى ظَٰهِرَةٗ وَقَدَّرۡنَا فِيهَا ٱلسَّيۡرَۖ سِيرُواْ فِيهَا لَيَالِيَ وَأَيَّامًا ءَامِنِينَ ١٨

Waja'alnā baynahum wabaynal-qural-latī bāraknā fīhā quran zāhiratan waqaddarnā fīhas-sayra sīrū fīhā layāliya wa ayyāman āminīn

(Səba qəbiləsi ilə) bərəkət verdiyimiz məmləkətlər (Şam) arasında aydın görünən (bir-birinə) yaxın şəhərlər salmış, orada gediş-gəliş yaratmışdıq. “Oralarda gecələr və gündüzlər arxayın gəzib dolaşın!”– (demişdik).

Təfsir

Yəməndəki Səba qəbiləsi ilə bərəkət verdi­yi­miz Şam məmləkətləri ara­sın­da aydın görünən bir-birinə ya­xın şəhərlər salmış, orada gediş-gəliş yaratmışdıq. Belə ki, onlar rahatlıqla bir şəhərdən digərinə keçə-keçə Şam şəhərinə gedib çatardılar. Biz onlara belə buyurmuşduq: “Ora­lar­da ge­cə və ya gündüz, düşməndən, aclıqdan və susuzluqdan xatircəm olduğunuz halda gəzib dolaşın!”