فَلَمَّا قَضَيۡنَا عَلَيۡهِ ٱلۡمَوۡتَ مَا دَلَّهُمۡ عَلَىٰ مَوۡتِهِۦٓ إِلَّا دَآبَّةُ ٱلۡأَرۡضِ تَأۡكُلُ مِنسَأَتَهُۥۖ فَلَمَّا خَرَّ تَبَيَّنَتِ ٱلۡجِنُّ أَن لَّوۡ كَانُواْ يَعۡلَمُونَ ٱلۡغَيۡبَ مَا لَبِثُواْ فِي ٱلۡعَذَابِ ٱلۡمُهِينِ ١٤
Falammā qadaynā 'alayhil-mawta mā dallahum 'alā mawtihī illā dābbatul-ardi ta'kulu minsa'atahū falammā kharra tabayyanatil-jinnu al law kānū ya'lamūnal-ghayba mā labithū fil-'adhābil-muhīn
(Süleymanın) ölümünə hökm verdiyimiz zaman onun öldüyünü (cinlərə) ancaq onun əsasını yeyən bir ağac qurdu göstərdi. (Süleyman) yerə yıxıldıqda cinlərə bəlli oldu ki, əgər onlar qeybi bilsəydilər, alçaldıcı əzaba məruz qalmazdılar.
Təfsir
Süleymanın ölümünə hökm verdiyimiz zaman onun öldüyünü cinlərə onun söykəndiyi əsasını yeyən bir ağac qurdu göstərdi. Süleyman yerə yıxıldıqda cinlərə bəlli oldu ki, onlar qeybi bilmirlər. Əgər qeybi bilsəydilər, alçaldıcı əzab içində qalmazdılar. Belə ki, həmin vaxt onlar Süleyman (aleyhissəlam) üçün ağır işlər görür və onun sağ olduğunu, onlara nəzarət etdiyini güman edirdilər.