Saba surəsi, ayə 15

34:15

لَقَدۡ كَانَ لِسَبَإٖ فِي مَسۡكَنِهِمۡ ءَايَةٞۖ جَنَّتَانِ عَن يَمِينٖ وَشِمَالٖۖ كُلُواْ مِن رِّزۡقِ رَبِّكُمۡ وَٱشۡكُرُواْ لَهُۥۚ بَلۡدَةٞ طَيِّبَةٞ وَرَبٌّ غَفُورٞ ١٥

Laqad kāna lisaba'in fī maskanihim āyatun jannatāni 'an yamīnin washimālin kulū mir rizqi rabbikum washkurū lahū baldatun tayyibatun warabbun ghafūr

Səba (qəbiləsinin) yaşadığı yerdə (Allahın qüdrətinə dəlalət edən) ayə (biri) sağda, (digəri də) solda olan iki bağça var idi. (Onlara:) “Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin. (Budur) gözəl diyar və Bağışlayan Rəbb!”– (deyilmişdi).

Təfsir

Səba qəbiləsinin yaşa­dığı yerdə Allahın qüdrətinə və onlara bəxş etdiyi lütfünə dəlalət edən aşkar əlamət – biri sağda, digə­ri də solda olan iki bağça var idi. Biz onlara belə buyurduq: “Rəbbinizin ruzi­sin­dən yeyin və Onun verdiyi nemətlərə görə Ona şükür edin! Budur gözəl diyar və budur Allah - tövbə edən qullarının günahlarını bağışla­yan Rəbb!”