Rabbij'alni muqimas-salah

Tərcümə: Azerbaijani Translation - Ali Khan Musayev

رَبِّ ٱجۡعَلۡنِي مُقِيمَ ٱلصَّلَوٰةِ وَمِن ذُرِّيَّتِيۚ رَبَّنَا وَتَقَبَّلۡ دُعَآءِ ٤٠

Rabbij'alnī muqīmas-salawāti wamin dhurriyyatī rabbanā wataqabbal du'ā'

Ey Rəbbim! Məni də, zürriyyətimdən olanları da, (doğru-düzgün) namaz qılan et! Ey Rəbbimiz! Duamı qəbul elə!

Təfsir

Ey Rəbbim! Məni də, zürriyyətimdən olanları də namazı kamil şəkildə qı­lanlardan et! Ey Rəbbi­miz! Duama cavab ver və duamı Öz yanında məqbul olan dualardan elə!

رَبَّنَا ٱغۡفِرۡ لِي وَلِوَٰلِدَيَّ وَلِلۡمُؤۡمِنِينَ يَوۡمَ يَقُومُ ٱلۡحِسَابُ ٤١

Rabbanaghfir lī waliwālidayya walil-mu'minīna yawma yaqūmul-hisāb

Ey Rəbbimiz! Haqq-hesab günü məni, valideynlərimi və möminləri bağışla!”

Təfsir

Ey Rəbbimiz! Mənim və valideynlərin günahlarını bağışla (İbrahim bu sözləri, atasının Allahın düşməni olduğunu bilməzdən əvvəl demişdir. Atasının Allahın düşməni olduğunu bildikdə isə ondan uzaqlaşdı). İnsanlar qəbirlərindən dirilib, Allahın qarşısında haqq-hesab olunmaq üçün durduqları zaman möminlərin günahlarını da bağışla.

Oxunuş Qabas tərəfindən ərəb mətnindən yazılmış oxu köməkçisidir. Dəqiq tələffüz üçün ərəb hərflərini və təcvidi öyrənin.

Ibrahim surəsini tam oxuyun

Suallar

Rabbij'alni muqimas-salah Quranda haradadır?

Rabbij'alni muqimas-salah Ibrahim surəsi daxilindədir (14:40-41).