Qaf surəsi, ayə 29

50:29

مَا يُبَدَّلُ ٱلۡقَوۡلُ لَدَيَّ وَمَآ أَنَا۠ بِظَلَّٰمٖ لِّلۡعَبِيدِ ٢٩

Mā yubaddalul-qawlu ladayya wamā ana bizallāmil lil-'abīd

Mənim hüzurumda söz dəyişməzdir. Mən qullarıma zülm edən deyiləm!”

Təfsir

Mənim Sözüm dəyiş­məz­dir və mən vədimə xilaf çıxan deyiləm. Mən qullarımın nə savablarını azaldaraq, nə də ki, günahlarını artıraraq əsla onlara zülm etmərəm, Əksinə, onlara etdikləri əməllərin əvəzini verərəm”.