Qaf surəsi, ayə 28

50:28

قَالَ لَا تَخۡتَصِمُواْ لَدَيَّ وَقَدۡ قَدَّمۡتُ إِلَيۡكُم بِٱلۡوَعِيدِ ٢٨

Qāla lā takhtasimū ladayya waqad qaddamtu ilaykum bil-wa'īd

(Allah) buyuracaq: “Mənim hüzurumda mübahisə etməyin. Mən əvvəlcədən sizi xəbərdar etmişdim.

Təfsir

Allah buyuracaq: “Mənim hüzurumda mübahisə etməyin, bunun heç bir faydası yoxdur. Mən sizi hələ siz dünyada ikən elçilərimin Mənə küfr edən və Mənə asi olan kimsələri qorxutduğu şiddətli təhdidlərlə xəbərdar etmişdim.