أَمۡ حَسِبَ ٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ أَن لَّن يُخۡرِجَ ٱللَّهُ أَضۡغَٰنَهُمۡ ٢٩
Am hasibal-ladhīna fī qulūbihim maradun al lan yukhrijallāhu adghānahum
Yoxsa qəlblərində xəstəlik olanlar, Allah onların (qəlblərindəki) kin-küdurətini üzə çıxarmayacağını hesab edirdilər?!
Təfsir
Yoxsa qəlblərində şəkk-şübhə olan münafiqlər elə zənn edirdilər ki, Allah onların kin-küdurətini üzə çıxarmayacaq?! Allah müsibətlər göndərib imtahan etməklə bu kin-küdurəti mütləq üzə çıxaracaqdır. Beləcə, imanında sadiq olan kimsə ilə yalançı olan kimsə ayırd ediləcək, habelə, kimin həqiqi mömin, kimin də münafiq olduğu bəlli olacaqdır.