Muhammad surəsi, ayə 30

47:30

وَلَوۡ نَشَآءُ لَأَرَيۡنَٰكَهُمۡ فَلَعَرَفۡتَهُم بِسِيمَٰهُمۡۚ وَلَتَعۡرِفَنَّهُمۡ فِي لَحۡنِ ٱلۡقَوۡلِۚ وَٱللَّهُ يَعۡلَمُ أَعۡمَٰلَكُمۡ ٣٠

Walaw nashā'u la araynākahum fala'araftahum bisīmāhum walata'rifannahum fī lahnil-qawli wallāhu ya'lamu a'mālakum

(Ey Peyğəmbər!) Əgər Biz istəsəydik, onları (münafiqləri) sənə göstərərdik, sən də onları üzlərindəki əlamətlərdən tanıyardın. Sən onları danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin əməllərinizi bilir.

Təfsir

Ey Peyğəmbər! Əgər Biz sənin münafiqləri tanımağını istəsəydik, on­ları sənə tanıdardıq, sən də onları üz­lərin­dəki əlamət­lərin­dən tanıyardın. Sən onları da­nışıq tərz­lə­rin­dən mütləq tanıyacaq­san. Allah sizin əməllərinizi bilir, bu əməllərdən heç bir şey Ona gizli qalmaz və O, onların əvəzini sizə verəcəkdir.