Muhammad surəsi, ayə 17

47:17

وَٱلَّذِينَ ٱهۡتَدَوۡاْ زَادَهُمۡ هُدٗى وَءَاتَىٰهُمۡ تَقۡوَىٰهُمۡ ١٧

Walladhīnahtadaw zādahum hudan wa ātāhum taqwāhum

Doğru yola yönələnlərə gəldikdə isə Allah onların hidayətini artırar və onları təqvaya (saleh əməllərə) müvəffəq edər.

Təfsir

Haqq yola yönələn və Rəsulullahin (səllallahu aleyhi və səlləm) gətirdiyinə tabe olan kimsələrə gəlincə, Rəbbi onlara hidayəti artırar, onları yaxşı işlər görməyə müvəffəq edər və onlara, özlərini Cəhənnəm odundan xilas edəcək işlər görməyi ilham edər.