Muhammad surəsi, ayə 18

47:18

فَهَلۡ يَنظُرُونَ إِلَّا ٱلسَّاعَةَ أَن تَأۡتِيَهُم بَغۡتَةٗۖ فَقَدۡ جَآءَ أَشۡرَاطُهَاۚ فَأَنَّىٰ لَهُمۡ إِذَا جَآءَتۡهُمۡ ذِكۡرَىٰهُمۡ ١٨

Fahal yanzurūna illas-sā'ata an ta'tiyahum baghtatan faqad jā'a ashrātuhā fa annā lahum idhā jā'athum dhikrāhum

Yoxsa (kafirlər) Qiyamət saatının qəfildən onlara gəlməsinimi gözləyirlər?! Artıq onun (Muhammədin Peyğəmbər olaraq göndərilməsi və ayın iki yerə yarılması kimi) əlamətləri gəlmişdir. (Qiyamət saatı) onlara gəlib yetişdiyi zaman ibrət almalarının nə faydası?!

Təfsir

Yoxsa kafirlər qiyamət saatının nə zaman gələcəyini bilmədikləri halda onun qəfil onları yaxalamasından başqa bir şeymi gözləyirlər?! Artıq onun əlamətləri gəl­miş­dir. O əlamətlərdən biri də, Muhəmmədin (səlallahu aleyhi və səlləm) peyğəmbər olaraq göndərilməsi və ayın iki yerə bölünməsidir. O Saat on­la­rı yaxaladığı vaxt ibrət almaları onlara nə fayda verər?!