وَٱذۡكُرۡ فِي ٱلۡكِتَٰبِ إِبۡرَٰهِيمَۚ إِنَّهُۥ كَانَ صِدِّيقٗا نَّبِيًّا ٤١
Wadhkur fil-kitābi ibrāhīma innahū kāna siddīqan nabiyyā
Kitabda (Quranda) İbrahimi də xatırla! Həqiqətən, o, sadiq insan və peyğəmbər idi.
Təfsir
Ey Peyğəmbər! Sənə nazil edilən Quranda İbrahimin - aleyhissəlam - xəbərini də xatırla! Həqiqətən, o, çox sadiq və daima Allahın ayələrini təsdiq edən bir kimsə idi. O, Allah tərəfindən göndərilmiş bir peyğəmbər idi.