إِذۡ قَالَ لِأَبِيهِ يَٰٓأَبَتِ لِمَ تَعۡبُدُ مَا لَا يَسۡمَعُ وَلَا يُبۡصِرُ وَلَا يُغۡنِي عَنكَ شَيۡـٔٗا ٤٢
Idh qāla li abīhi yā'abati lima ta'budu mā lā yasma'u walā yubsiru walā yughnī 'anka shay'ā
Bir zaman o, atasına delə dedi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir fayda verməyən bir şeyə ibadət edirsən?
Təfsir
Bir zaman İbrahim, atası Azərə belə demişdi: "Atacan! Nə üçün Allahı qoyub, dua etdikdə duanı eşitməyən, ibadət etdikdə, ibadətini görməyən, sənə heç bir zərər və ya fayda verə bilməyən bütlərə ibadət edirsən?!