Luqman surəsi, ayə 30

31:30

ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ هُوَ ٱلۡحَقُّ وَأَنَّ مَا يَدۡعُونَ مِن دُونِهِ ٱلۡبَٰطِلُ وَأَنَّ ٱللَّهَ هُوَ ٱلۡعَلِيُّ ٱلۡكَبِيرُ ٣٠

Dhālika bi annallāha huwal-haqqu wa anna mā yad'ūna min dūnihil-bātilu wa annallāha huwal-'aliyyul-kabīr

Bu belədir. Çünki Allah Haqdır. (Kafirlərin) Ondan başqa ibadət etdikləri isə batildir. Həqiqətən, Allah Ən Ucadır, Ən Böyükdür.

Təfsir

Uca Allahın təqdir etdiyi bu əzəmətli işlər, Onun haqq ilah olduğuna dəlalət edər. O, həm zatında, həm vəsflərində, həm də işləlrində haqq olandır. Müşriklərin Ondan başqa ibadət etdikləri isə heç bir əsası olmayan batildir. Həqiqətən Allah, həm zatı, həm də hökmü və qüdrətilə yaratdıqlarından ucadır, belə ki, Ondan uca heç bir şey yoxdur. Və O, hər şeydən böyükdür.