أَلَمۡ تَرَ أَنَّ ٱلۡفُلۡكَ تَجۡرِي فِي ٱلۡبَحۡرِ بِنِعۡمَتِ ٱللَّهِ لِيُرِيَكُم مِّنۡ ءَايَٰتِهِۦٓۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّكُلِّ صَبَّارٖ شَكُورٖ ٣١
Alam tara annal-fulka tajrī fil-bahri bini'matillāhi liyuriyakum min āyātihī inna fī dhālika la'āyātil likulli sabbārin shakūr
Onun dəlillərinin bəzisini sizə göstərməkdən ötrü dənizdə gəmilərin Allahın neməti sayəsində üzdüyünü görmürsünüzmü? Şübhəsiz ki, bunda səbirli olanlar və şükür edənlər üçün ibrətlər vardır.
Təfsir
Ey insanlar! Onun qüdrətinə və lütfünə dəlalət edən möcüzələrdən bəzisini sizə göstərmək üçün dənizdə gəmilərin Allahın lütfü və qüdrəti sayəsində üzdüyünü görmürsünüzmü?! Şübhəsiz ki, bunda hər bir müsibətə səbir edən və nail olduğu hər bir nemətə şükür edən kimsələr üçün Allahın qüdrətli olduğuna dair dəlillər vardır.